×
A
A
A
Sazlamalar

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb

Paris, 19 oktyabr, AZƏRTAC

Son 24 saat ərzində Fransada COVID-19 koronavirusuna 32 427 yeni yoluxma aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.
Ölkədə epidemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində iki gündür 20 milyon əhaliyə tətbiq olunan komendant saatı müddətində yeni yoluxma sayı rekord rəqəmə çatıb.
Bildirilir ki, son sutka ərzində koronavirusdan 90 ölüm faktı qeydə alınıb və epidemiya başlayandan ümumi ölüm sayı 33 392-yə çatıb.
Hal-hazırda xəstəxanalarda olan 10 399 koronavirus xəstələrindən 986-sı son sutkada daxil olub. Reanimasiya şöbələrində 1868 ağır vəziyyətdə xəstə var.
Ölkədə 1722 qrup yoluxmasından 145-i son sutkada aşkarlanıb.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-10-19 11:49:00