×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusa yoluxanların sayı 300 mini keçib

Kiyev, 19 oktyabr, AZƏRTAC

Ukraynada koronavirusa yoluxanların sayı 300 min nəfəri keçib.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 4766 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada 303 min 638 nəfər bu virusa yoluxub. Bu infeksiyadan ölənlərin ümumi sayı 5673 nəfərdir, ölənlərin 75 faizi 60 yaşdan yuxarı insanlardır.
Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-10-19 10:59:00