×
A
A
A
Sazlamalar

Türkiyə istehsalı olan sualtı robot “Fatih” kəşfiyyat gəmisinə dəstək verəcək

İstanbul, 18 oktyabr, AZƏRTAC

Türkiyənin təbii qaz kəşfiyyatı aparan “Fatih” gəmisinə bu ölkənin istehsalı olan sualtı robot - “Kaşif” ilə dəstək verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez “Twitter” hesabındakı paylaşımında bildirib.
“Dənizlərdəki yeni əlimiz və gözümüz” olaraq tanıtdığı “Kaşif” sualtı robotunun 3 min metr dərinlikdə çəkiliş apara bilən kamera ilə kəşfiyyat işlərinə video dəstəyi verəcəyini vurğulayan nazir robotun görüntülərini də paylaşıb.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-18 15:18:00