×
A
A
A
Sazlamalar

Gəncənin elektrik enerjisi və təbii qaz təsərrüfatına dəymiş ziyan aradan qaldırılır

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olub, Ermənistan silahlı qüvvələrinin gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC və “Azəriqaz” İB-nin birgə məlumatında deyilir.
Məlumata görə, hər iki qurumun rəhbəri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıb. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Həmçinin bildirilib ki, ərazinin 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsi üçün qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.
"Azərişıq" ASC-nin sədri və “Azəriqaz”ın baş direktoru yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

Regionlar 2020-10-17 18:17:00