×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artıb

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artıb. Son sutka ərzində ölkədə 958 yeni yoluxma halı qeydə alınıb. Bu da pandemiya dövründə Gürcüstanda ən çox yoluxma halıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 16 min 285-dir.
Pandemiya qurbanlarının sayı daha 11 fakt artaraq 958-ə çatıb.
Hazırda ölkədə 5900 nəfər karantində saxlanılır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-17 12:39:00