×
A
A
A
Sazlamalar

İranda koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

Tehran, 17 oktyabr AZƏRTAC

İranda koronavirusa yoluxaraq ölənlərin sayında kəskin artım olub. Bu günə olan məlumata görə, İranda 4552 nəfər koronavirusa yoluxub, 265 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında deyib.
Bununla da İranda yoluxanların ümumi sayı 552 min 387 nəfər, ölənlərin sayı isə 29 min 870-ə çatıb. Müalicəsi davam edən 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 420 min 910 nəfər sağalaraq evə buraxılıb.
Tehran daxil olmaqla İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-17 04:22:00