×
A
A
A
Sazlamalar

“Microsoft” “Windows 10” sistemində uyğun olmayan drayverlərin quraşdırılmasını qadağan edib

Bakı, 16 oktyabr, AZƏRTAC

“Windows 10” sisteminin növbəti yeniləməsi əməliyyat sisteminin iş alqoritminə böyük dəyişiklik edib. Bu dəfə dəyişiklik avadanlıq üçün drayverlərin quraşdırma prosesi ilə bağlıdır, indi drayverlər şirkətin yeni siyasətinə uyğunluqla bağlı yoxlamadan keçməlidir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Microsoft”un nümayəndələri yeni drayver yoxlama modelinin lazımi təhlükəsizliyi təmin edəcəyini bildiriblər. “Windows” sistemi drayverin quraşdırılması zamanı onun əsilliyini yoxlaya bilmədikdə ekrana müvafiq mesaj çıxarılacaq. Bu halda quraşdırma prosesi avtomatik olaraq dayandırılacaq.
“Microsoft” bu kimi hallarda proqram təminatını yeniləmək xahişi ilə müvafiq proqram təminatı istehsalçılarına müraciət etməyi məsləhət görür, əks təqdirdə onun quraşdırılması qeyri-mümkün olacaq.

 

Dünya 2020-10-16 17:12:00