×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 4 mini keçib

Buxarest, 16 oktyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 168 min 490 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 4013 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 5674 nəfərdir, 125 min 9 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-10-16 14:01:00