×
A
A
A
Sazlamalar

Bu il “Azəriqaz”da əhali sektoru üzrə 54,3 min yeni abonent qeydiyyata alınıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 min 338 yeni abonent qeydiyyata alınıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bununla da bu günə olan məlumata görə, “Azəriqaz” üzrə əhali abonentlərinin sayı 2 milyon 303 min 513 nəfərə çatıb.

Neft - qaz 2020-10-16 12:55:00