×
A
A
A
Sazlamalar

COVID-19: Lüksemburqda son günlər koronavirus yenidən fəallaşıb

Paris, 14 oktyabr, AZƏRTAC

Lüksemburqda COVID-19 epidemiyası başlayandan 109-u son sutka ərzində olmaqla, 9 840 yoluxma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ölkədə son günlər COVID-19 epidemiyası yenidən baş qaldırıb.
Lüksemburq Səhiyyə Nazirliyinin məlumatına əsasən, epidemiya başlayandan 8 248 nəfər koronavirus xəstəsi sağalıb. Son sutka ərzində xəstəxanaya 53 koronavirus xəstəsi yerləşdirilib ki, onlardan 3-ü ağır vəziyyətdə reanimasiya şöbəsindədir. Ölkədə koronavirusdan ölənlərin sayı 188-ə çatıb.
Xatırladaq ki, 2019-cu ildə Lüksemburqun əhalisinin ümumi sayı 613 894 nəfər olub.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq

Dünya 2020-10-14 18:45:00