×
A
A
A
Sazlamalar

Türkiyədə və İraqın şimalında səkkiz terrorçu məhv edilib

Ankara, 14 oktyabr, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin Ağrı vilayətinin Doğubəyazit bölgəsində həyata keçirdiyi “İldırım-3” antiterror əməliyyatında terrorçulara daha bir sarsıdıcı zərbə vurulub.
AZƏRTAC Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində 6 terrorçu məhv edilib. Terrorçulara məxsus böyük cəbbəxana ələ keçirilib.
Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, İraqın şimalındakı Metina bölgəsində yeri müəyyənləşdirilən iki nəfər PKK terrorçusu dəqiq zərbə ilə məhv edilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-14 13:25:00