Hərbi vəziyyətlə bağlı sığortaçılara müraciət olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sentyabr ayının 27-dən etibarən ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar olaraq sığorta şirkətlərinə müraciət edib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: “Mövcud hərbi vəziyyəti, eyni zamanda, bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılmalıdır. Sığorta qanunvericiliyində müharibənin yaratdığı fəsadlar istisna hal hesab olunsa da, eyni zamanda, sığorta təminatı nəzərdə tutulmasa da, işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən proseslərin əhəmiyyəti nəzərə alınmaqla döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və ya onların ailə üzvlərinə köməklik göstərilsin”.
“Məhz belə bir zamanda bütün dünyəvi və biznes prinsipləri bir kənara çəkilməli, vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir. Ümid edirik ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının bu tövsiyəsinə biganə qalmayacaqsınız. Çünki tövsiyəyə adekvat olaraq atacağınız addım ölkəmizin sığorta sektoruna olan inamın möhkəmlənməsi ilə yanaşı həm də və ələlxüsus sabahın bütöv, böyük, müstəqil Azərbaycanına xidmət edəcək”, - deyə müraciətdə qeyd edilib.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb