×
A
A
A
Sazlamalar

Neft qiymətləri iyundan bəri ən böyük həftəlik artım tempini reallaşdırıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Birjalarda neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti Yukatan yarımadasını keçən və Luiziana sahillərinə çatması gözlənilən “Delta” qasırğası, Norveçdəki tətillər səbəbindən bəzi neft yataqlarının bağlanması fonunda həftə ərzində artım tendensiyasını davam etdirib. Belə ki, “Delta” qasırğası artıq ABŞ sahillərinə yönəlib və Meksika körfəzində neft hasilatının 92 faizinin dayanmasına səbəb olub. Nəticədə neftin qiyməti iyun ayından bəri ən böyük həftəlik artım tempini reallaşdırır.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 43,19 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 41,08 dollara satılır.

Neft - qaz 2020-10-09 19:01:00