×
A
A
A
Sazlamalar

“Ferrum Kapital” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) “Ferrum Kapital” MMC-nin AZ2002022286 ISIN-li, 2 milyon 500 min manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub. Altı investor tərəfindən 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon 500 min manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2021-ci il oktyabrın 9-da ödəniləcək.

Maliyyə 2020-10-09 17:32:00