×
A
A
A
Sazlamalar

Bugünkü valyuta hərracında tələb 58 milyon dollar olub

Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 58 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-10-08 14:14:00