×
A
A
A
Sazlamalar

Ailə kəndli təsərrüfatı məhsullarının istehsalçılarından hansı hallarda vergi tutulur?

Bakı, 2 oktyabr, AZƏRTAC

Ailə kəndli təsərrüfatının illik dövriyyəsi qanunvericiliklə müəyyən olunmuş miqdarı keçdikdə onlar dövlət vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti subyekti kimi fəaliyyət göstərirlər. Bu təsərrüfatların uçotu bələdiyyələr tərəfindən aparılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur. Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxs tədarük etdiyi kənd təsərrüfatı məhsullarını təqdim edərkən həmin şəxsdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda, malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bu qaydada tərtib olunmuş alış aktına kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat ərazi vergi orqanına verilməlidir.

Maliyyə 2020-10-02 13:56:00