×
A
A
A
Sazlamalar

OPEC: Qeyri-müəyyənlik və risklər neft bazarına təsir göstərməkdə davam edəcək

Bakı, 2 oktyabr, AZƏRTAC

COVID-19 pandemiyası səbəbindən qlobal bazarlardakı qeyri-müəyyənlik və risklər neft bazarına və iqtisadi artımın bərpa sürətinə təsir göstərməkdə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
OPEC-in “Twitter” hesabından edilən açıqlamada qlobal neft təklifi və tələbata dair texniki iclas keçirildiyi bildirilib.
Yığıncağa OPEC-ə üzv və qeyri-OPEC neft istehsal edən ölkələrin nümayəndələrinin və ekspertlərin qatıldığı qeyd edilən açıqlamada COVID-19-un qlobal neft sektoruna təsirlərinin müzakirə edildiyi qeyd olunub.
M.Barkindo deyib: “OPEC neft bazarının sabitləşəcəyinə dair nikbinliyini ehtiyatla qoruyur. Buna baxmayaraq, qeyri-müəyyənlik və risklər neft bazarına və iqtisadi artımın bərpa sürətinə təsir göstərməkdə davam edəcək. Bu görüş də daxil olmaqla, xam neft istehsalı ilə bağlı müzakirələrimiz davam edəcək”.

 

Neft - qaz 2020-10-02 11:41:00