×
A
A
A
Sazlamalar

OPEC: Cari ildə neft investisiyalarının 32 faiz azaldığı proqnozlaşdırılır

Bakı, 28 sentyabr, AZƏRTAC

Cari ildə neft investisiyalarının 32 faiz azaldığı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in Tədqiqat şöbəsinin direktoru Ayed Al-Qahtani deyib.
O bildirib ki, 2045-ci ilədək neftlə əlaqəli məcmu investisiya qoyuluşları təxminən 13 trilyon dollar olacaq. Buraya apstrim, midstrim və daunstrim əməliyyatlar daxildir.
“2015-ci və 2016-cı illərdə investisiyalar illik müqayisədə müvafiq olaraq 26 faiz və 24 faiz azalıb. Son iki ildə bir qədər düzəldikdən sonra COVID-19-la əlaqədar yaranmış vəziyyət fonunda investisiyaların bu il 32 faiz azaldığı proqnozlaşdırılır”, - deyə OPEC-in nümayəndəsi qeyd edib.

Neft - qaz 2020-09-28 16:26:00