×
A
A
A
Sazlamalar

Son sutka ərzində İranda koronavirusdan 190 nəfər həyatını itirib

Tehran, 28 sentyabr, AZƏRTAC

Son sutka ərzində İranda 3 min 512 nəfər koronavirusa yoluxub, 190 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.
Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 449 min 960, yoluxaraq ölənlərin sayı isə 25 min 779-ə yüksəlib.
Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4 min 68 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 376 min 531nəfər isə sağalaraq evə buraxılıb.
İranın 31 vilayətindən 29-u qırmızı zonaya daxildir. Məhərrəm ayı ilə əlaqədar olaraq ölkə ərazisində bütün dini tədbirlər qadağan edilib. Maska taxmayanlara qarşı tətbiq olunan cərimələrin məbləği artırılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-09-28 15:40:00