×
A
A
A
Sazlamalar

Son sutkada Özbəkistanda koronavirusdan 9 xəstə ölüb

Daşkənd, 28 sentyabr, AZƏRTAC

Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna 411 nəfər yoluxub və pandemiya dövründə pasiyentlərin sayı 55 min 593 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkənin xəstəxanalarında 3 min 168 nəfər müalicə olunur.
Vurğulanır ki, son gündə koronavirusdan 9 xəstə ölüb, həyatını itirənlərin sayı 460 nəfədir.
Bildirilir ki, son 24 saatda COVID-19-dan 507, ümumiyyətlə isə 51 min 965 xəstə sağalaraq evə buraxılıb.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-09-28 14:38:00