×
A
A
A
Sazlamalar

İran yeni raketini təqdim edib

Tehran, 28 sentyabr, AZƏRTAC

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Kosmik Qüvvələri yeni “Zülfüqar Bəsir” adlı raketi təqdim edib.
AZƏRTAC xəbər verir ki, İran istehsalı olan yeni raket 700 kilometr məsafədən hədəfi dəqiq vurmaq imkanına malikdir.
İran ordusunun indiyədək sərəncamında olan “Fars körfəzi” və “Hörmüz” raketləri yalnız 300 kilometrlik məsafədəki hədəfi vurmaq imkanına malikdir.
İranın Hərbi Hava Qüvvələrinin komandanı general Əlirza Sabahfərd bildirib ki, bu raketlə İran dəniz sərhədlərini daha yüksək səviyyədə qorumaq imkanı əldə edəcək.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-09-28 13:36:00