×
A
A
A
Sazlamalar

Toxuculuq sənayesi 4,7 faiz artıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Cari ilin 8 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 314,6 milyon manat dəyərində məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 32 faiz, toxuculuq sənayesində 4,7 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 6,3 faiz azalma müşahidə edilib.

Sənaye 2020-09-21 12:18:00