×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb. Ölkədə son sutkada daha 187 nəfərdə yoluxma halı qeydə alınıb, 46 xəstə isə sağalıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 3306-ya yüksəlib. Pandemiya qurbanlarının sayı isə 19-dur. Hazırda 5014 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdədir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-09-19 12:15:00