×
A
A
A
Sazlamalar

Ödəniş kartlarının 24 faizi, POS-terminalların 52 faizi təmassız ödənişləri dəstəkləyir

Bakı, 16 sentyabr, AZƏRTAC

Hazırda ölkədə dövriyyədə olan ödəniş kartlarının 24 faizi, POS-terminalların isə 52 faizi təmassız ödənişləri dəstəkləyir.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, növbəti illər ərzində bankların bütün kartları və POS-terminalları tam olaraq təmassız ödənişləri dəstəkləyəcək. Ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər çərçivəsində təmassız ödəniş infrastrukturunda ciddi artımlar olub.

Maliyyə 2020-09-16 17:46:00