×
A
A
A
Sazlamalar

Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;
1.2. 1.1-1-ci bənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin;
1.3. 2-ci hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri “tələblərin” sözü ilə əvəz edilsin;
1.4. 3-cü hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri “tələblərə” sözü ilə əvəz edilsin;
1.5. 4-cü hissə ləğv edilsin;
1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə:
1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın;
1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:
“13. Təhsil müəssisələrinin fəaliyyəti.”.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”;
2.2. 1.3-cü bənd ləğv edilsin;
2.3. 1.15-ci bənddən “, Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə “22:00-dan 08:00-dək” sözləri “00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli  qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1-ci bəndində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “22:00-dək” sözləri “00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın.
4. Müəyyən edilsin ki:
4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir;
4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00- dan 00:00-dək həyata keçirilir;
4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.
5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Nazir
Bakı şəhəri, 4 sentyabr 2020-ci il.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-09-04 19:10:00