×
A
A
A
Sazlamalar

DİN: Aşura günündə məscidlərdə, ziyarətgahlarda,digər ibadət yerlərində və evlərdə toplaşmaq yolverilməzdir

Bakı, 14 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı ilə əlaqədar əhaliyə müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqustun 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.
“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqustun 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.
Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunub.

Sosial 2020-08-14 17:22:00