×
A
A
A
Sazlamalar

“D230” bloku üzrə seysmik tədqiqat məlumatlarının emalı bu ilin üçüncü rübündə başa çatacaq

Bakı, 13 avqust, AZƏRTAC

“D230” bloku üzrə 3 ölçülü seysmik tədqiqat məlumatlarının emalının başa çatması bu ilin üçüncü rübünə planlaşdırılır.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “D230” blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3 ölçülü seysmik tədqiqat proqramı bu il mart ayının 14-də başa çatıb. Əldə edilmiş məlumatların emalının ilk mərhələsi bu ilin iyun ayında başa çatıb. Emal prosesinin tam başa çatması bu ilin üçüncü rübünə planlaşdırılır. Bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.

Neft - qaz 2020-08-13 20:27:00