×
A
A
A
Sazlamalar

“Şəfəq-Asiman” bloku üzrə qiymətləndirmə proqramı həyata keçirilə bilər

Bakı, 13 avqust, AZƏRTAC

“Şəfəq-Asiman” dəniz bloku üzrə qiymətləndirmə proqramı həyata keçirilə bilər.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanıb. Hazırda qazma işləri 2500 metr dərinlikdə davam edir. Quyu layihə dərinliyinə çatdıqdan sonra əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.

Neft - qaz 2020-08-13 19:49:00