Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Serbiyanın Baş Nazirinin müavini: Bu gün keçirilən görüşdə ölkələrimizin ərazi bütövlüyünə dəstəyimizi ifadə etdik

Bakı, 11 avqust, AZƏRTAC

Bu gün keçirilən görüşdə Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın mərkəzində olan bütün məsələlər müzakirə olundu, ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin qeyd edib ki, Serbiya bütün münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir.

Siyasət 2020-08-11 12:39:00