“Qarabağ” neft yatağının üst modulunun dizaynı hazırlanır
Bakı, 11 avqust, Ramiz Quliyev, AZƏRTAC
“Qarabağ” neft yatağının üst modulunun dizaynı hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qarabağ” əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dizayn işləri “Wood” şirkəti tərəfindən aparılır. Hazırda işlər davam edir. Mühəndislik mərhələsi bitdikdən sonra dayaq blokunun tikintisinə başlanılacaq.
T.Dadaşov əlavə edib ki, 2022-ci ilin sonuna kimi “Qarabağ” dayaq blokundan neftin hasilatına başlanılacaq.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək