×
A
A
A
Sazlamalar

Yunanıstanda zəlzələ baş verib

Afina, 10 avqust, AZƏRTAC 

Yunanıstanın Zakinf adasının cənub-şərq istiqamətində zəlzələ baş verib. AZƏRTAC ölkənin Qeodinamika institutuna istinadla xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub və 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2020-08-10 15:16:00