×
A
A
A
Sazlamalar

Daxili Monqolustan Muxtar rayonunda tornado nəticəsində 33 nəfər xəsarət alıb

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 9-da Daxili Monqolustan Muxtar rayonunu (Şimali Çinin) cənginə almış tornado nəticəsində 33 nəfər xəsarət alıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının bazar ertəsi verdiyi məlumata görə, təbii fəlakət bazar günü saat 15:30 radələrində baş verib. Tornadodan daha çox zərər çəkmiş “Tyanexu” (“Qu gölü”) turizm zonasında 33 turist və işçi müxtəlif dərəcəli xəsarətlər alıb, 100-dən çox alaçıq aşıb və ya zədələnib.
Hökumət orqanlarının məlumatına görə, yaralananların hamısı yerli xəstəxanalara çatdırılıb. Onlardan 3 nəfərin vəziyyəti ağırdır.

Dünya 2020-08-10 15:03:00