×
A
A
A
Sazlamalar

Özbəkistan portalında ermənilərin Qafqaza köçürülməsindən bəhs edən məqalə verilib

Daşkənd, 8 avqust, AZƏRTAC

Özbəkistanin fikr.uz portalında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rus dilində “Ermənilər Qafqaza necə düşüb? Sensasiyalı faktlar” sərlövhəli məqaləsi çap olunub.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən məqalədə ermənilərin Azərbaycanın tarixi torpaqlarına haradan və nə vaxt köçürülməsi haqqında ətraflı məlumat verilir.
Yazıda bildirilir ki, dünyada ermənilərin tarixindən daha qarışıq və saxtalaşdırılmış tarix yoxdur. Eyni şeyi onların etnogenezi haqqında da demək olar. Bunu bir çox erməni və Avropa alimləri öz əsərlərində göstəriblər.
Erməni alimi Manuk Abeqyan sübut edib ki, erməni dili erməni qəbiləsi kimi hibriddir. Digər erməni tarixçisi Baxşi İşxanyan yazıb ki, “böyük Ermənistan”ın ərazisi Rusiyanın sərhədlərindən kənarda, Kiçik Asiyada olub.
Məqalədə vurğulanır ki, İrəvan xanlığının işğalından sonra çar Rusiyası İrandan və Türkiyədən erməniləri kütləvi surətdə indiki Ermənistanın ərazilərinə köçürüb. Beləliklə əldə olan tarixi sənədlər və bir çox alimlərin tədqiqatları göstərir ki, müasir Ermənistan və onun paytaxtı İrəvan şəhəri erməni ərazisi deyil, qədimdən oğuz türklərinə-azərbaycanlılara mənsub olub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Siyasət 2020-08-08 18:03:00