×
A
A
A
Sazlamalar

Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib

Bakı, 7 avqust, AZƏRTAC 

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları sosial məsafə gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparır, mövcud sanitar-epidemioloji tələbləri onların diqqətinə çatdırırlar.
Məlumat verilib ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.
Nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Sosial 2020-08-07 16:11:00