Livanda faciə qurbanlarının sayı 157-yə çatıb
Qahirə, 7 avqust, AZƏRTAC
Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 157-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Livanın Səhiyyə naziri Həməd Həsən məlumat verib. O deyib ki, ağır yaralanan 120 nəfərin də vəziyyəti kritikdir.
Livan hökumətinin məlumatında bildirilib ki, hazırda partlayışdan sonra itkin düşmüş yüzlərlə insanın axtarışı davam etdirilir. Eyni zamanda, evsiz qalmış 300 mindən çox Beyrut sakini qonşu ölkələrin dəstəyi ilə sığınacaqlarda yerləşdirilir.
BMT-nin Uşaq Fondu da partlayış nəticəsində evsiz və sahibsiz qalan 80 mindən çox uşağın himayəyə götürülməsi təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə 4,4 milyon dollar vəsait toplanması nəzərdə tutulur.
Beyrutun meri Mərvan Əbbud bəyan edib ki, limanda partlayış nəticəsində şəhərə 15 milyard dollar zərər dəyib. O əlavə edib ki, Livan paytaxtının yarısı xarabalığa çevrilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır