×
A
A
A
Sazlamalar

Çexiyada yoluxanların sutkalıq statistikası aşağı düşmür

Praqa, 7 avqust, AZƏRTAC

Ötən sutka ərzində Çexiyada COVID-19 infeksiyasına 200-dən artıq yeni yoluxma aşkarlanıb.
AZƏRTAC Çexiyanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, indi burada hələ də sağalmayan xəstələrin sayı 5 min nəfəri keçir.
Hökumət yeni məhdudiyyətlərin nə vaxt tətbiq olunması məsələsini yenidən müzakirə edir. Görünür, çexlər məzuniyyətlərini evlərində keçirməli olacaqlar. Ən pis vəziyyət ölkənin şərqindədir, burada bir neçə “qapalı” zona mövcuddur.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2020-08-07 15:41:00