×
A
A
A
Sazlamalar

Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb

Qahirə, 6 avqust, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb. Belə ki, qitənin 54 ölkəsində 998 min 981 nəfər yeni növ koronavirusa yoluxub, 21 min 700 pasiyent isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, artıq Qambiya da COVID-19-un qarşısını almaq üçün sərhədlərini bağlayıb, Efiopiya, Konqo Demokratik Respublikası və Seneqal isə sərt karantin rejimi tətbiq edib. Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (530 mindən artıq) qeydə alınıb. Bu, qitədə yoluxanların 53 faizini təşkil edir. Qitənin ən çox yoluxma qeydə alındığı digər ölkəsi olan Misirdə bu rəqəm 95 minə yaxındır.
Bundan başqa, Konqo Demokratik Respublikasında 74 nəfərdə Ebola virusu aşkarlanıb. ÜST COVID-19 pandemiyası şəraitində bu təhlükəli virusun yayılacağı barədə də xəbərdarlıq edib.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-08-06 18:52:00