Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan neftinin qiyməti 47 dolları ötüb

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,71 dollar artaraq 47,16 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

Neft - qaz 2020-08-06 11:33:00