Misir Livana tibbi ləvazimatla dolu iki yük təyyarəsi göndərib
Qahirə, 5 avqust, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisinin tapşırığına əsasən, Beyrutda baş vermiş partlayışların nəticələrini aradan qaldıran Livana tibbi ləvazimatla dolu iki yük təyyarəsi göndərilib. AZƏRTAC xəbər verir ki, bu məlumatı Misir Prezidentinin mətbuat xidməti yayıb.
Misirin Beyrutdakı səfirliyi bəyan edib ki, partlayış nəticəsində iki misirli də həlak olub. Onların cənazələri tibbi ləvazimat daşıyan təyyarələrlə Qahirəyə gətiriləcək. Bundan başqa, Beyrutdakı Misir səhra hospitalı da yaralanmış insanların müalicəsi üçün səfərbər olunub. Bu gün hospitalı ziyarət edən Misirin səfiri Yasir Elvi yaralıların vəziyyəti ilə maraqlanıb. Hospital 2006-cı ildə Livanda müharibə zamanı Misirin mərhum Prezidenti Hüsnü Mübarəkin təşəbbüsü ilə tikilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır