×
A
A
A
Sazlamalar

Şahbuz rayonunda altı ayda 6 milyon 434 min manatdan çox sənaye məhsulu istehsal olunub

Şahbuz, 5 avqust, AZƏRTAC

Şahbuz rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün cari ilin birinci yarısında 6 milyon 434 min 800 manatlıq sənaye məhsulu istehsal olunub, cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 3,5 hektar sahədə yeni bağ salınıb, 0,7 hektar sahədə bərpa işləri aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonda əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin birinci yarımilində 241 işaxtaran vətəndaş qeydiyyata alınıb, iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilən 72 nəfərdən 20-nə növbəti əmək yarmarkasında göndəriş verilib.
2020-ci ilin ötən dövründə rayonun ayrı-ayrı yaşayış məntəqələrində quruculuq tədbirləri davam etdirilib. Belə ki, “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib, Şahbuz şəhərində çoxmənzilli yaşayış binasının, Ağbulaq kəndində Xizək Mərkəzinin, həkim ambulatoriyasının tikintisində son tamamlama işləri aparılır. Külüs kəndində yeni nasos stansiyasının, Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində qapalı suvarma sistemlərinin genişləndirilməsi ilə əlaqədar tikinti işləri davam etdirilir.

Regionlar 2020-08-05 16:15:00