×
A
A
A
Sazlamalar

Yarım ildə kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 16 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 6 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 575,7 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 4,6 dəfə, kimya sənayesində 20,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 4,1 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,6 dəfə, bərk polipropilen boruların istehsalı 25,4 faiz çoxalıb.

Sənaye 2020-07-16 13:25:00