×
A
A
A
Sazlamalar

Ölkədə metanol istehsalı artıb

Bakı, 16 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycanda 66,6 min ton propilen (ondan əmtəəlik 63,9 min ton), 47,2 min ton polietilen, 87,5 min ton etilen, 243,8 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarım ildə kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 20,5 faiz artıb. İyulun 1-nə 1,1 min ton propilen, 5 min ton polietilen və 30,9 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 33,2 faiz, propilen istehsalı 26,9 faiz, etilen istehsalı 22,4 faiz artıb.

Sənaye 2020-07-16 13:06:00