Gürcüstan cari ildə istehlak etdiyi elektrik enerjisinin 52,8 faizini Azərbaycandan alıb
Tbilisi, 14 iyul, AZƏRTAC
Gürcüstan cari ilin 6 ayında 787,05 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında deyilir.
Bildirilir ki, Gürcüstanın yanvar-iyun aylarında aldığı elektrik enerjisinin 415,97 milyon kilovat/saatı və ya 52,8 faizi Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü Rusiya olub (371,08 milyon kilovat/saat).
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir