×
A
A
A
Sazlamalar

Ötən il OPEC-in qlobal neft hasilatındakı payı 39 faizə enib

Bakı, 13 iyul, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci ildə 41,2 faiz olan qlobal xam neft hasilatındakı payı keçən il 39 faizə düşüb.
AZƏRTAC OPEC-in illik statistik bülleteninə istinadla xəbər verir ki, ötən il dünyada neft istehsalı əvvəlki ilə nisbətən gündəlik orta hesabla 560 min barrel azalaraq 75 milyon 262 min barrel olub. OPEC-in neft hasilatı isə 1 milyon 863 min barrel geriləyərək sutkada orta hesabla 29 milyon 375 min barrel təşkil edib.

Neft - qaz 2020-07-13 18:31:00