Qazaxıstanda koronavirus qurbanlarının sayı artmaqda davam edir
Nur-Sultan, 13 iyul, AZƏRTAC
Qazaxıstanda son bir həftə ərzində koronavirusdan 111 nəfər həyatını itirib. Bu barədə Koronavirusun Yayılmasına Qarşı Mübarizə üzrə İdarələrarası Komissiya məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, ölüm hadisələrinin ən çoxu Karaqanda bölgəsində (37 nəfər) qeydə alınıb. Almatıda 24 nəfər və Nur-Sultanda 18 nəfər həyatını itirib. Ümumilikdə, Qazaxıstanda 375 ölüm faktı qeydə alınıb. Altı gün ərzində ölkədə virusdan ölüm hallarının sayında artım 42 faiz təşkil edib.
Son məlumata əsasən ölkə üzrə COVID-19-a yoluxanların sayı 59 min 899, sağalanların sayı isə 34 min 190-dır. Bu gün ölkədə koronavirus qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ümumxalq matəm günü elan edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır