×
A
A
A
Sazlamalar

Cari ildə qlobal neft tələbatı gündəlik 7,9 milyon barrel azalacaq

Bakı, 10 iyul, AZƏRTAC

Qlobal neft tələbatının bu il sutkada 7 milyon 900 min barrel azalacağı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, tələbatdakı builki azalmaya koronavirusa qarşı tədbirlər və karantin məhdudiyyətləri səbəbindən qlobal dünyada iqtisadiyyatdakı qeyri-müəyyənliklərin artması və zəif neft istehlakı səbəb olub.
Gələn il isə neft tələbatının gündəlik orta hesabla 5 milyon 300 min barrel artacağı gözlənilir.
Agentliyə görə, bu il neftə olan sutkalıq tələbatda 33 milyon 700 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 28 milyon 900 min barrellə Amerika qitəsi və 13 milyon 500 min barrel ilə Avropa qərarlaşacaq.

Neft - qaz 2020-07-10 13:41:00