Rusiya turizmi koronavirusa görə 1,5 trilyon rubl itirib
Moskva, 9 iyul, AZƏRTAC
Rusiyanın turizm sektoru koronavirus pandemiyasına görə 1,5 trilyon rubl itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının prezidenti Andrey İqnatyev deyib. O vurğulayıb ki, turizm sahəsinin bərpası üçün il yarım vaxt lazımdır. A.İqnatyevin sözlərinə görə, ölkədə çarter reysləri böyük ehtimal, bu ilin payızında həyata keçirilməyə başlanacaq.
“Aeroflot” şirkətinin rəsmi nümayəndəsi Mixail Demin isə bildirib ki, Rusiyada beynəlxalq aviareyslərin həyata keçirilməsi üçün meyarlar Avropa qaydalarına uyğun olmalıdır və qadağalar iki mərhələdə aradan götürüləcək. Hazırda hər mərhələdə aviasiya əlaqələrinin bərpa ediləcəyi ölkələrin siyahısı tərtib olunur.
Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşları bu il martın 27-dən tamamilə dayandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır