×
A
A
A
Sazlamalar

Seulun meri itkin düşüb

Pekin, 9 iyul, AZƏRTAC

Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von-sun itkin düşüb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, paytaxt polisi merin itkin düşməsi barədə məlumat aldıqdan sonra onun axtarışına başlayıb.
Bildirilir ki, Park Von-sunun qızı yerli vaxtla saat 17:17-də (Bakı vaxtı ilə 12:17) polisə zəng edərək, atasının 4-5 saat əvvəl evdən çıxdığını, o vaxtdan bəri telefonuna zəng çatmadığını bildirib. Mer evdən çıxarkən vəsiyyətə bənzər fikirlər söyləyib.
Hazırda paytaxt polisi səfərbər olaraq meri axtarır. Axtarış işlərinə xüsusi itlər və dronlar cəlb olunub.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-07-09 15:45:00