×
A
A
A
Sazlamalar

Çində pirotexnika fabrikində güclü partlayış olub VİDEO

Pekin, 9 iyul, AZƏRTAC

Çinin Siçuan vilayətinin Deyan şəhərində pirotexnika fabrikində güclü partlayış olub.
AZƏRTAC yeri hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, iyulun 8-də axşam saatlarında baş verən partlayış nəticəsində yaranan yanğının söndürülməsinə 10 yanğından mühafizə bölməsindən 27 avtomobil, 104 yanğınsöndürən cəlb olunub. Fabrikin ətrafında 500 metr radiusda təhlükəsizlik zolağı yaradılıb. Yanğın iyulun 9-da səhər saat 6:00 radələrində nəzarət altına alınıb.
Bildirilir ki, partlayış və ardınca baş verən yanğın nəticəsində ikisi ağır olmaqla altı nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisə baş verən yerdə axtarış işləri aparılır. Qəzanın səbəbləri araşdırılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-07-09 15:46:00

Video