×
A
A
A
Sazlamalar

Fransada son sutkada koronavirusa 663 yeni yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb

Paris, 9 iyul, AZƏRTAC

Fransada son sutka ərzində COVID-19 epidemiyasından 32 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, epidemiya başlayandan ölkədə koronavirusdan 29 min 965 nəfər həyatını itirib. Xəstəxanalarda hələ də 7297 koronavirus xəstəsi var ki, onlardan 529-u ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Son sutkada 663 yeni yoluxma halı qeydə alınıb və hazırda koronavirus xəstələrinin sayı 169 min 473-dür. Fransa Qvineyasında epidemiya ilə bağlı vəziyyət daha ağırdır. Ölkənin səhiyyə üzrə baş direktoru ikinci dalğaya hazır olmaqla bağlı xəbərdarlıq edib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris 

Dünya 2020-07-09 13:25:00